SON XƏBƏRLƏR

İranda kartofun qiyməti 9 min tüməni keçib

2021.10.20, 07:36
İranda kartofun qiyməti 9 min tüməni keçib

Gunaz.tv

GünAz TV: İranda kartofun hər kilosunun qiyməti 9 min tüməni keçib.

 

İran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının rəhbəri Əsədullah Kargər bahalaşmanı obyektiv deyil, subyektiv məsələlər bağlayıb. O, bunun səbəbinin ölkədən kartofun həddən artıq ixrac edilməsi olduğunu deyib.

 

Dünən yerli media orqanlarında yayılan məlumatlara əsasən, ölkənin pərakəndə satış nöqtələrində kartofun bir kilosunun qiyməti 7500- 9500 tümən arasında dəyişir.

 

Əsədullah Kargər bahalaşmanın səbəbini ixracatla bağlasa da, İran Sənaye, Mədən və Ticarət Nazirliyi kartof və soğanın xarici ölkələrə ixrac edilməsini cari ilin aprel ayından qadağan edib. Eləcə də, İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti iyun ayının sonlarında bildirmişdi ki, hazırda ölkədən xaricə kartof ixrac edilmir.

 

Qeyd etmək lazımdır ki, bir neçə ay əvvəl İranda ətin qiymətlərində yüksəlmə, eləcə də ət qıtlığı müşahidə olunmuşdu. Bunun əsas səbəbinin “Sepah”ın qaçaq yolla diri heyvanları İraqa aparıb, orada satması və bunun müqabilində xarici valyutaya olan ehtiyacını ödəməsi olduğu bildirilirdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar