“İranın vəziyyəti saatlı bomba kimidir"-Keçmiş deputatdan üsyan XƏBƏRDARLIĞI

2021-03-24 14:34

İran parlamentinin keçmiş deputatı, hazırda hakim ruhanilərin teokratik rejiminə qarşı tez-tez bəyanatlar səsləndirən tanınmış hüquqşünas və siyasi fəal Qasım Şölə Sədi martın 23-də “Amerikanın Səsi” radiosuna müsahibəsində ölkənin böyük siyasi dəyişikliklər astanasında olduğundan danışıb.

Gunaz.tv Quote | Gunaz article

Son günlər ölkə zindanlarında üç günlük aclıq aksiyasına başlayan 34 siyasi məhbusa dəstək məqsədilə ölkə daxilində və xaricdə yaşayan 600-dən çox tanınmış siyasi şəxsiyyətin yaydığı bəyanatı imzalayanlardan biri olan Qasım Şölə Sədi, ölkənin indiki acınacaqlı durumuna toxunaraq, onu partlamaq ərəfəsində olan saatlı bir bombaya bənzədib.


“Bundan əvvəl də dəfələrlə dediyim kimi, hakimiyyətin indiki ağır iqtisadi, ictimai və siyasi böhran içində olmasını və artıq hər baxımdan çıxılmaz vəziyyətdə qaldığını nəzərə alaraq, bir daha bildirirəm ki, mən ruhanilər hakimiyyətinin qırılmaqda olan sümüklərinin səsini eşidirəm.

 
İran İslam Respublikasının indiki vəziyyəti və şəraiti saatla işləyən bir bomba kimidir və bircə qığılcım ümumxalq üsyanına səbəb ola bilər. Məhz belə həssas bir şəraitdə ciddi siyasi tələblər və müxtəlif sahələrdə çalışan insnların peşə fəaliyyətləri ilə bağlı tələbləri irəli sürülür. 


Misal üçün, ölkə zindanlarında saxlanılan siyasi məhbusların azadlığa buraxılması bu qəbil mühüm tələblərdən biridir. 1979-cu ildə xalqın küçələrdə səsləndirdiyi əsas şüarlardan biri siyasi məhbusların azadlığa buraxılması şüarı idi. Bu isə sonunda şah rejiminin devrilməsi ilə nəticələndi. 


Bu gün, İran Məhkəmə Sisteminin göstərişi və tapşırığı ilə siyasi məhbuslara qarşı təzyiqlər ikiqat artıb. Siyasi fəallar əsassız ittihamlarla həbs edilir, ədalətsiz məhkəmələrdə uzunmüddətli həbs cəzasına və ya sürgünə məhkum edilirlər. 


Həmin məhkəmələrə başçılıq edən hakimlər artıq bu gün “Mənlik bir şey yoxdur. Mən sadəcə olaraq məmuram və borcumu yerinə yetirirəm” demək bəhanəsi ilə qanuna qarşı çıxa bilməzlər. Çünki onlar ilk gündən yalnız qanuna tabe olacaqları və həmişə haqqın tərəfində duracaqları üçün and içiblər. 


Elə buna görə də bu kimi hakimlər, sözsüz ki, gec-tez başçılıq etdikləri məhkəmələrdə siyasi fəallara qarşı verdikləri qərar və çıxardığı hökmlərə görə məhkəmə qarşısına çıxarılaraq bu əməllərinə görə cavabdeh olacaqlar”, -deyə İran parlamentinin keçmiş deputatı, hazırda radikal müxalifətdə olan və ölkədə yaşamasına baxmayaraq molla rejiminə qarşı tez-tez sərt bəyanatlar səsləndirən hüquqşünas Qasım Şölə Sədi bildirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17

gun az article

Zaxarova: "Regionda nəqliyyat yollarını açmaq üçün səylərimiz davam edəcək"

2021-09-16

gun az article

İbrahim Rəisi: “İranın qonşu və region ölkələri ilə əlaqələri hökumətimizin prioritet məsələsidir”

2021-09-16

gun az article

QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklik ediləcək

2021-09-16

gun az article

Ermənistan Prezidenti Fransaya gedib

2021-09-16

gun az article

"Qazaxıstan 2050-ci ildə dünyanın ən inkişaf etmiş 30 ölkəsindən biri olacaq"- Nazarbayev:

2021-09-16

gun az article

ETTELAAT “düşmən ölkələrin xəfiyyəsinə bağlı olan terrorçu dəstə” üzvlərini zərərsizləşdirdiyini bildirib

2021-09-16