SON XƏBƏRLƏR

İranda koronavirus qocalar və əlillər evində də yayılıb

2021.10.20, 07:36
İranda koronavirus qocalar və əlillər evində də yayılıb

Gunaz.tv

GünAz TV: Tehranın cənubunda yerləşən Kəhrizək qocalar və əlillər evində də koronavirusa yoluxma halı aşkarlanıb.

 

Qurumun saytında yerləşdirilən bəyanatda bildirilir ki, bütün proflaktik tədbirlərə və yeni qəbul edilən şəxslərin ilkin olaraq karantinə alınmasına baxmayaraq, qocalar və əlillər evində epidemiyaya yoluxma halları müşahidə edilib.

 

Bəyanatda neçə nəfərin virusa yoluxması açıqlanmasa da, bildirilir ki, vəziyyət belə davam edərsə, 1800 nəfər əməkdaş, eləcə də müəssisədə yaşayan 3000 yaşlı, əlil və dağınıq skleroz xəstəliyindən əziyyət çəkən insanın həyatı təhlükə qarşısında qalacaq.

 

Bəyanatda müəssisədə tibbi və digər ləvazimatlar çatışmazlığı olduğunu bildirilərək, rəsmilərdən bu xüsusda təcili kömək tələb olunur.

 

47 il bundan əvvəl təsis edilən Kəhrizək qocalar evi eyniadlı xeyriyyə cəmiyyətinin tabeliyində fəaliyyət göstərir.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar