SON XƏBƏRLƏR

İranda koronavirusa rəğmən, dini ibadət məkanları yenidən açılır

2021.10.20, 07:36
İranda koronavirusa rəğmən, dini ibadət məkanları yenidən açılır

Gunaz.tv

GünAz TV: İranda koronavirusun kəskin yayılması, eləcə də hər gün ölən və yoluxanların sayının artmasına baxmayaraq, dini ibadət məkanları mayın 4-dən etibarən yenidən açılacaq.

 

Bu barədə İran prezidenti Həsən Ruhani Rəzəvi Qüdsü Dini İşlər İdarəsinin rəhbəri ilə telefon danışığı zamanı məlumat verib.

 

O, həmçinin qeyd edib ki, kütləvi toplaşma məkanları hesab edilən dini komplekslərin yenidən açılması hazırda dövlət qurumları arasında müzakirə edilən ən narahat edici məsələdir.

 

Xatırladaq ki, aprelin 19-da etdiyi çıxışda Ruhani bildirmişdi ki, dövlət ibadət məkanlarının mayın sonlarından açılmasını düşünsə də, "Elmi Hövzə"nin rəhbəri Əlirza Ərafinin istəyi ilə bu, mayın 4-dən reallaşacaq.

 

İrandan koronavirusun yayılma episentri Qum şəhəridir. Müxtəlif rəsmilər, habelə xalq xəstəliyin ölkəni almasının səbəbini dövlətin vaxtında Qumda yerləşən dini ibadət məkanlarının bağlanmaması və şəhərin karantinə alınmamasında görür.

 

Digər tərəfdən, fevral ayının sonlarında İranın "dini lider"inin Qum nümayəndəsi və şəhərin imam-cüməsi Məhəmməd Səidi Məsumə hərəminin "şəfa evi" olduğunu iddia edərək, məkanın koronavirusun yayılmasının qarşısının alınması üçün müvəqqəti bağlanmasına qarşı çıxmışdı.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar