İranda son sutka ərzində koronavirusdan daha 172 nəfər vəfat edib, 13 890 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə aprelin 5-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 63 min 332 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 945 min 964 nəfərə çatıb.
Xanım Larinin bildirdiyinə görə, İranda bu günə qədər 1 milyon 658 min 978 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4095 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 13 milyon 183 min 709 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 63 min 332 nəfərə, yoluxanların sayının isə 1 milyon 945 min 964 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 241 100 nəfəri keçdiyini, 29 milyon 10 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M