İranda son 24 saat ərzində koronavirusdan daha 185 nəfər ölüb, 22 586 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə aprelin 8-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 63 min 884 nəfərə, xəstəliyə yoluxanların sayı isə 2 milyon 6 934 nəfərə çatıb.
Xanım Lari deyib ki, İranda bu günə qədər 1 milyon 684 min 570 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçünün dediyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4221 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 13 milyon 412 min 327 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 63 min 884 nəfərə, yoluxanların sayının isə 2 milyon 6 934 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 242 300 nəfəri keçdiyini, 29 milyon 90 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M