İranda son sutka ərzində koronavirusdan daha 68 nəfər vəfat edib, 7 922 yeni növ “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə fevralın 20-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 59 409 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 566 min 81 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 337 min 877 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü bildirib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 677 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 10 milyon 387 min 561 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 59 409 nəfərə, yoluxanların sayının isə 1 milyon 566 min 81 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 227 800 nəfəri keçdiyini, 26 milyon 110 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M