İranda son sutkada koronavirusdan daha 79 nəfər vəfat edib, 6 420 yeni növ “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə yanvarın 26-da məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 57 560 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 385 min 706 nəfərə çatıb.
Xanım Lari deyib ki, İranda bu günə qədər 1 milyon 177 min 367 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü bildirib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 038 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 9 milyon 15 min 376 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 57 560 nəfərə, yoluxanların sayının isə 1 milyon 385 min 706 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 218 400 nəfəri keçdiyini, 23 milyon 750 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M