İranda son sutkada koronavirusdan daha 83 nəfər dünyasını dəyişib, 6 485 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə yanvarın 15-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 56 621 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 318 min 295 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 107 min 11 nəfər nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü bildirib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 415 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 422 min 554 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 56 621 nəfərə, yoluxanların sayının isə 1 milyon 318 min 295 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 212 600 nəfəri keçdiyini, 23 milyon 200 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M