İranda son sutkada koronavirusdan daha 86 nəfər vəfat edib, 6 016 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb
Gunaz.tv
Bu barədə yanvarın 17-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 56 803 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 330 min 411 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 119 min 137 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü bildirib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 374 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 527 min 307 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 56 803 nəfərə, yoluxanların sayının isə 1 milyon 330 min 411 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 213 900 nəfəri keçdiyini, 23 milyon 300 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M