İranda son 24 saat ərzində koronavirusdan daha 91 nəfər dünyasını dəyişib, 6 608 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə yanvarın 27-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 57 651 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 392 min 314 nəfərə çatıb.
Xanım Larinin bildirdiyinə görə, İranda bu günə qədər 1 milyon 183 min 463 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 024 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 9 milyon 70 min 167 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 57 651 nəfərə, yoluxanların sayının isə 1 milyon 392 min 314 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 218 900 nəfəri keçdiyini, 23 milyon 800 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M