İranda son 24 saat ərzində koronavirusdan daha 93 nəfər dünyasını dəyişib, 8 010 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə fevralın 28-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 60 073 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 631 min 169 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 393 min 125 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 732 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 10 milyon 853008 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 60 073 nəfərə, yoluxanların sayının isə 1 milyon 631 min 169 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 230 300 nəfəri keçdiyini, 26 milyon 620 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M