İranda ötən bir gün ərzində koronavirusdan daha 96 nəfər ölüb, 6 100 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə yanvarın 16-da məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 56 717 nəfərə, virusa yoluxanların ümumi sayı isə 1 milyon 324 min 395 nəfərə çatıb.
Xanım Lari deyib ki, İranda bu günə qədər 1 milyon 113 min 224 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 393 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 475 min 495 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 56 717 nəfərə, yoluxanların sayının isə 1 milyon 324 min 395 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 213 200 nəfəri keçdiyini, 23 milyon 250 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M