İranda son sutka ərzində koronavirusdan daha 99 nəfər ölüb, 8 313 yeni növ “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə martın 8-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 60 786 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 698 005 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 449 min 350 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 804 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 11 milyon 337 min 942 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 60 786 nəfərə, yoluxanların sayının isə 1 milyon 698 005 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 232 700 nəfəri keçdiyini, 27 milyon 990 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M