SON XƏBƏRLƏR

İranda koronavirusdan ölənlərin sayı 145-ə, yoluxanların sayı isə 5823 nəfərə çatıb

2021.10.20, 07:36
İranda koronavirusdan ölənlərin sayı 145-ə, yoluxanların sayı isə 5823 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 7-də jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını açıqlayıb.

 

O deyib ki, son bir sutka ərzində ölkədə daha 1076 nəfərin virusa yoluxması aşkarlanıb: “Dünən günorta saatlarından bu günə qədər daha 21 nəfər virusdan həyatını itirib. Beləliklə də, ölkədə virusa yoluxanların sayı bu günə qədər 5823-ə, xəstəlikdən ölənlərin sayı isə 145 nəfərə yüksəlib.

 

Ölkə əyalətlərində xəstəliyə yoluxanların sayına gəldikdə, ümumilikdə bu günə qədər 1539 nəfər Tehranda, 668 nəfər Qumda, 494 nəfər Gilanda, 484 nəfər İsfahanda, 305 nəfər Əlbürzdə, 606 nəfər Mazandaranda, 265 nəfər Mərkəzi əyalətdə, 178 nəfər Qəzvində, 138 nəfər Simnanda, 162 nəfər Gülüstanda, 135 nəfər Rəzəvi Xorasanda, 95 nəfər Farsda, 107 nəfər Loristanda, 77 nəfər Şərqi Azərbaycanda, 64 nəfər Xuzistanda, 81 nəfər Yəzddə, 52 nəfər Zəncanda, 44 nəfər Kürdüstanda, 41 nəfər Ərdəbildə, 31 nəfər Kirmanşahda, 4- nəfər Kirmanda, 34 nəfər Həmədanda, 34 nəfər Sistan-Bəlucistanda, 30 nəfər Hormozqanda, 18 nəfər Cənubi Xorasanda, 23 nəfər Şimali Xorasanda, 16 nəfər Çaharmahal Bəxtiyaridə, 15 nəfər İlamda, 33 nəfər Qərbi Azərbaycanda, 6 nəfər Kohkiluye və Boyer Əhməddə, 8 nəfər isə Buşehr əyalətində koronavirusa yoluxub.

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 145-ə, yoluxanların isə sayının 5823 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar