SON XƏBƏRLƏR

İranda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb

2021.10.20, 07:36
İranda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: İranın Yəzd şəhərində bir nəfərin koronavirusdan dünyasını dəyişdiyi ilə bağlı məlumatlar yayılıb. Bununla da virusun qurbanlarının sayı 16 nəfərə yüksəlib.

 

Bu barədə Yəzd əyalətinin Tibb Elmləri İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Salmani məlumat yayıb. O bildirib ki, koronavirusla əlaqəli əyalətdə 5 nəfərdən analiz götürülüb. Onlardan yalnız birində testin cavabları müsbət olub və həmin şəxs ötən gecə xəstəxanada ölüb.

 

İbrahim Salmaninin sözlərinə görə, 70 yaşlı həmin şəxs digər xəstəliklərdən də əziyyət çəkirmiş.

 

Digər tərəfdən, ötən gün sosial şəbəkələrdə Laricanın Milad Xəstəxanasında 25 yaşlı tibb bacısı Nərgiz Xanəlizadənin sözügedən virusdan öldüyü barədə məlumatlar yayılıb. Lakin bu xəbər hələ ki, rəsmilər tərəfindən təsdiqlənməyib.

 

İran Səhiyyə Nazirliyinin ötən gün yaydığı statistikaya əsasən, o ana qədər ölkədə 95 nəfər koronavirusa yoluxub, 916 nəfərin isə yoluxması ehtimal edilir.

 

Müxtəlif mənbələr isə dövlətin real rəqəmləri gizlətdiyini, ölən və virusa yoluxanların sayının göstəriləndən dəfələrlə çox olduğunu deyirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar