SON XƏBƏRLƏR

İranda koronavirusdan ölənlərin sayı, 8-ə, virusa yoluxması təsdiq edilənlərin sayı isə 43 nəfərə çatıb

2021.10.20, 07:36
İranda koronavirusdan ölənlərin sayı, 8-ə, virusa yoluxması təsdiq edilənlərin sayı isə 43 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 23-də jurnalistlərə açıqlamasında koronavirus qurbanlarının sayının artmasından xəbər verib.

 

Ölkədə virusdan daha 3 nəfərin öldüyünü bildirən Kiyanuş Cahanpur deyib ki, daha 15 nəfərin də virusa yoluxduğu artıq təsdiq edilib: “Bununla da hazırda koronavirusdan ölənlərin sayı 8-ə, virusa yoluxması təsdiq edilənlərin sayı isə 43 nəfərdir. Virusdan ölən üç nəfərdən 1-i Tonekabonda, 1-i isə Ərakda həyatlarını itiriblər. Virusdan ölən üçüncü şəxsin hansı şəhərin sakini olması bəlli deyil.

 

Həmçinin virusa yoluxan 15 nəfərdən 7-si Qumda, 4-ü Tehranda, 2-si Gilan əyalətində, 1-i Mərkəzi əyalətdə, 1-i isə Tonekabon şəhərində qeydiyyata alınaraq reanimasiyaya köçürülüblər” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

Bu arada yayılan xəbərlərə əsasən, İranla qonşu olan ölkələr, Türkiyə, İraq, Azərbaycan, Ermənistan, Pakistan, Əfqanıstan və Türkmənistan virusun yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti olaraq İranla sərhədləri bağlayıblar.

 

 

 

Qeyd edək ki, İran rejimi koronavirusdan ölənlərin 8, ona yoluxanların isə 43 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərində fəaliyyət göstərən müstəqil mənbələr, bu rəqəmin qat-qat çox olduğunu və hökumətin ölkədə baş vermiş faciənin miqyasını xalqdan gizlətməyə çalışdığını bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar