SON XƏBƏRLƏR

İranda kütləvi edamlar davam edir. Kirman zindanında daha 12 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranda kütləvi edamlar davam edir. Kirman zindanında daha 12 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda əsasən narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 12 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbər, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəl təkadamlıq kameralara köçürülən 12 müttəhim, dekabrın 6-sı sübh saatlarında İranın Kirman şəhərinin zindanında dara çəkilib. Edam edilənlərdən, milliyyətcə bəluc olan 4-ünün adı (Cəlil Xodabəxş, Yusif Cəlaləddin, Əbdülqəni Qələndərzehi, Yaqub Qələndərzehi) mediaya bəlli olub. 

 

Dara çəkilən digər müttəhimlərin adlarını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar