İranda kütləvi etirazlarda tutulan gənc aksiyaçının meyiti ailəsinə təhvil verilib

14.01.2018, 22:27

GünAzTV: 12 gün əvvəl İranın Sənəndəc şəhərində hakimiyyətə qarşı keçirilən kütləvi xalq etirazlarında tutulan 24 yaşlı aksiyaçı Saro Qəhrəmaninin meyiti ailəsinə təhvil verilib.

 

Saro Qəhrəmani, yanvarın 2-də təhlükəsizlik qüvvələri tərəfindən tutulub naməlum istiqamətə aparılsa da, onun harada saxlanılmasının bəlli olmaması, valideynlərinin ciddi narahatlığına səbəb olmuşdu. İranda hakimiyyətə qarşı keçirilən son etirazlarda həbs edilənlərin vəziyyəti və taleyi ilə məşğul olan hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, gənc aksiyaçının meyiti yanvarın 13-də Sənəndəcin ETTELAAT idarəsinin əməkdaşları tərəfindən valideynlərinə verilib. Meyit üzərində zorakılıq və işgəncə əlamətlərinin aşkar edildiyi bildirilir.

 

Qeyd olunur ki, ETTELAAT əməkdaşları gənc aksiyaçının meyitini valideynlərinə təhvil verdikdən sonra həmən, cənazəni dəfn olunması üçün ata-anası ilə birlikdə eyni maşında Sənəndəc şəhərinin “Behişt-i Məhəmmədiyyə” qəbiristanlığına yola salıblar. İşgəncələr altında öldürülən gənc aksiyaçının dəfn mərasimində yalnız ata-anası iştirak edib və onun digər ailə üzvlərinin qəbiristanlığa gəlməsinə imkan verilməyib.

 

Yerli rəsmilər, gənc aksiyaçının ölümünün səbəbi barədə hər hansı bir açıqlama verməkdən boyun qaçırıblar.

 

 

Xatırladaq ki, son iki həftədə, İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib. Tutulanlardan isə ən azı 5-i  zindanda dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri həmin şəxslərin zindanda “intihar” etdiyini iddia edirlər.

 

“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30