SON XƏBƏRLƏR

İranda Ləvasan şəhər şurasının sədri həbs edilib

2021.10.20, 07:36
İranda Ləvasan şəhər şurasının sədri həbs edilib

Gunaz.tv

GünazTV: İranın Tehran əyalətində yerləşən Ləvasan şəhər şurasının sədri Əmir Əfrasiyabi həbs edilib.

 

Bu barədə, Ləvasanın “imam cümə”si Səid Ləvasani, fevralın 21-də “Twitter” səhifəsində paylaşdığı yazısında xəbər verib. O, Əmir Əfrasiyabının nə zaman həbs edildiyini və onun konkret nədə günahlandığını açıqlamasa da, paylaşdığı tvitdə, “Korrupsiyaya qarşı mübarizə” haştaqından istifadə edib.

 

Yayılan bəzi məlumatlara əsasən, Ləvasan şəhər şurasının sədri Əmir Əfrasiyabi maliyyə fırıldaqçılığında, korrupsiyada və tutduğu vəzifədən sui-istifadə edərək dövlət əmlakını mənimsəməkdə günahlandırılır.

 

İranın “İrna” agentliyinin yaydığı xəbərə əsasən, ötən ay Ləvasanın icra başçısı, şəhər şurasının 2 üzvü, Ləvasan şəhər icra hakimiyyətinin və şəhər qeydiyyat idarəsinin daha bir neçə işçisi eyni ittihamlarla həbs ediliblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar