İranda mədən partlayışında itkin düşənlərdən daha 7-sinin cəsədləri tapılıb. Ölənlərin sayı 42 nəfərə çatıb

2017-05-09 08:47

GünAzTV: İranın Gülüstan (Türkmənsəhra) əyalətindəki “Qış yurd” daş kömür mədənində itkin düşənlərdən daha 7-sinin cənazəsinin tapılması ilə hadisədə ölən mədənçilərin sayı 42 nəfərə çatıb.

 

İran rəsmilərinin yaydığı məlumata əsasən, cəsədlərin dağıntılar altından çıxarılması üçün aparılan axtarışlar nəticəsində mayın 8-də itkin düşən daha 7 mədənçinin cənazəsi aşkaralanaraq mədəndən çıxarılıb. İtkin düşən daha 8 mədənçinin cənazəsinin tapılması üçün əməliyyatın davam etdirildiyi bildirilir. 500 fəhlənin işlədiyi mədən, Gülüstan əyalətinin Azadşəhr şəhərinin 14 kilometrliyində yerləşir.

 

Mədəndəki partlayış olayından 4 gün sonra, mayın 7-də Gülüstan əyalətinə səfər edən və hadisə  qurbanlarının ailələri ilə görüşmək istəyən İran prezidenti Həsən Ruhani, həyatını itirən mədənçilərin ailə üzvlərinin və onların iş yoldaşlarının kəskin etirazı ilə qarşılanıb. Qəzəbli mədənçilər, Həsən Ruhaniyə qarşı sərt şüarlar səsləndirərək onun mühafizəçiləri tərəfindən qorunan avtomobilini dövrəyə alaraq təpikləyiblər.

 

Xatırladaq ki, mayın 3-ü günorta saat 11:30 radələrində İranın Gülüstan əyalətinin Azadşəhr məntəqəsinin “Qış yurd” daş kömür mədənində güclü partlayış olub. Hadisə zamanı onlarla fəhlə mədənnin tunelində olub. Partlayış nəticəsində mədənin bəzi hissələrində dağıntılar əmələ gəlib, mədənçilər dağıntılar altında qalıb.

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15