SON XƏBƏRLƏR

İranda məktəbliləri daşıyan kiçik yük maşını qəzaya uğrayıb- Ölənlər var

2021.10.20, 07:36
İranda məktəbliləri daşıyan kiçik yük maşını qəzaya uğrayıb- Ölənlər var

Gunaz.tv

GünAz TV: İranın Hörmüzqan əyalətinin Bəşagərd rayonunda 2 məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə yük hissəsində məktəbliləri daşıyan “Saypa” markalı kiçik yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində baş verib.

 

Qəza nəticəsində yaralanan digər 5 uşaqdan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumatlarda bildirilir ki, kəndlərin nəqliyyat infrastrukturu olmadığına görə, qeyd edilən avtomaşın hər gün 1 neçə kənddən 15 şagirdi toplayıb, məktəbə aparırmış.

 

Yerli məsullar məsələ ilə bağlı açıqlama verməyiblər. Bəşagərd rayonu İranın ən kasıb və dövlətin diqqət ayırmadığı, insanların məhrumiyyət içərisində yaşadığı bölgələrindən biridir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar