SON XƏBƏRLƏR

İranda mobil internet 95% məhdudlaşdırılıb

2021.10.20, 07:36
İranda mobil internet 95% məhdudlaşdırılıb

Gunaz.tv

GünAz TV: Noyabr etirazları zamanı öldürülənlərin 40 mərasimi ilə əlaqədar qorxuya düşən İran rejimi ölkə ərazisində mobil internet istifadəsini kəsib.

 

Dünyada internetin vəziyyətinə nəzarət edən “Net Blocks” saytı dünən İranda mobil internetin 95% məhdudlaşdırdığını bəyan edib.

 

Sosial şəbəkə istifadəçiləri isə Tehran da daxil olmaqla, ölkənin əksər bölgələrində geniş zolaqlı internetin kəsilməsi və ya problemlərlə işləməsini deyirlər.

 

Xatırladaq ki, dekabrın 26-sı noyabr etirazlarında öldürülənlərin 40 mərasiminə təsadüf etdiyindən, rejim əksər şəhərlərdə təhlükəsizlik qüvvələrinin sayını artırmışdı. Xüsusilə Tehran, Təbriz, Urmiya və İsfahan şəhərlərində qorxuya düşən rejim yüksək təhlükəsizlik tədbirləri görüb.

 

Noyabr ayında keçirilmiş etirazlar zamanı İran rejimi təqribən 6 gün ərzində ölkədə interneti demək olar ki, tamamilə kəsmişdi.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar