SON XƏBƏRLƏR

İranda müəllimlər yenidən kütləvi tətilə başladılar - FOTOLAR

2021.10.20, 07:36
 İranda müəllimlər yenidən kütləvi tətilə başladılar - FOTOLAR

Gunaz.tv

GünAzTV: Noyabrın 13-də İranın müxtəlif əyalətlərinin iri şəhərhərində on minlərlə ibtidai və orta məktəb müəllimi dərs deməkdən imtina edərək, yenidən kütləvi tətilə başlayıblar.

 

Müəllimlərə yaxın mənbələrin bildirdiyinə görə, onlar, həmkarlarının həbs olunmasına, ölkənin ağır iqtisadi durumuna, müəllimlərin yoxsulluq xəttindən aşağıda olan gündəlik ağır güzəranına və maaşlarının azlığına qarşı etiraz əlaməti olaraq, dərs deməyi dayandırblar. Müəllimlərin dinc etirazının nə vaxta qədər davam edəcəyi açıqlanmayıb.

 

Müəllimlərin dinc etirazı ilə bağlı kimlərinsə tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Xatırladaq ki, bir ay əvvəl, oktyabrın 14-də İranın 50-dən çox şəhərində ibtidai və orta məktəb müəllimləri ölkədə baş alıb gedən bahalığa, inflyasiyaya, maaşlarının azlığına və həmkarlarına qarşı göstərilən təzyiqlərə son qoyulması tələbi ilə dərs deməkdən imtina edərək kütləvi tətilə başlayıblar.

 

İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının çağırışına əsasən keçirilən tətillərə, paytaxt Tehrandan başqa ölkənin 50-dən çox şəhərində müəllimlər qoşulub.

 

 

Müəllimlər həmçinin üzərində “Müəllimin yeri zindan deyil”, “Ana dilində təhsil haqqı  tanınmalıdır”, “Təhsildə ədalət müəllimlərin haqqıdır”, “Hamıya pulsuz və keyfiyyətli təhsil” və digər şüarlar yazılmış yazılı vərəqələr qaldıraraq, əqidəsinə görə həbs edilmiş həmkarlarının azadlığa buraxılmasını tələb ediblər. Tətilə qoşulan müəllimlər həmçinin sığorta xidmətlərinin aşağı olmasına, təhsil büdcəsinin, eləcə də aylıq məvaciblərinin az olmasına etiraz bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar