SON XƏBƏRLƏR

İranda müəllimlərin kütləvi tətili davam edir - FOTOLAR

2021.10.20, 07:36
İranda müəllimlərin kütləvi tətili davam edir - FOTOLAR

Gunaz.tv

GünAzTV: İranın müxtəlif şəhərlərində ibtidai və orta məktəb müəllimlərinin iki gün əvvəldən başlatdığı kütləvi tətillər noyabrın 14-də də davam edib. 

 

Bildirilir ki, İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının çağırışına əsasən keçirilən tətillərə, noyabrın 14-də Tehrandan başqa, ölkənin 50-dən çox şəhər və qəsəbəsində  etirazçı müəllimlər qatılıb. Müəllimlər həmin gün dərs deməkdən imtina edərək, müdir kabinetinə toplaşaraq, öz tələblərini irəli sürüblər.

 

Müəllimlər, əllərində yazılı vərəqələr qaldıraraq, müxtəlif bəhanələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən həmkarlarının azadlığa buraxılmasını, maaşlarının artırılmasını, təhsildə ayrı-seçkiliyin aradan qaldırılmasını, hamıya ədalətli təhsil, müəllimlərin iş şəraitinin yaxşılaşdırılmasını və digər tələblərini irəli sürüblər.

 

Qeyd olunur ki, həmin gün, paytaxt Tehrandan başqa, Saqqız, Urmiya, Təbriz, Qəzvin, Kirmanşah, Buşehr, Babül, Kərəc, Zəncan, Mərivan, Ərak, Qum, Məşhəd, Şiraz, İsfahan, Culfa, Həmədan, Sari, Banə və digər şəhərlərin müəllimləri dərs deməkdən imtina edərək tətillərə qoşulublar.

 

 

Tətillərin insidentsiz keçdiyi bildirilir. Etirazçı müəllimlərdən kimlərinsə tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar