SON XƏBƏRLƏR

İranda naməlum şəxslərin silahlı hücumunda 2 polis həlak olub, 2 əsgər yaralanıb - FOTOLAR

2021.10.20, 07:36
İranda naməlum şəxslərin silahlı hücumunda 2 polis həlak olub, 2 əsgər yaralanıb - FOTOLAR

Gunaz.tv

GünAzTV: İranın Hormozqan əyalətinin Minab şəhərində naməlum şəxslərin silahlı hücumunda yerli hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı yerindəcə həlak olub, 2 əsgər ağır yaralanıb.

 

Hadisə, sentyabrın 8-i axşam saatlarında Minab şəhərinin Sərəney məntəqəsində yerləşən polis qərargahı yaxınlığında baş verib. Avtomobil idarə edən naməlum şəxslər, hüquq-mühafizə qüvvələrinin mərkəzi binasına yaxınlaşaraq bir polis avtomobilinə odlu silahdan bir neçə dəfə atəş açıblar. Atəş nəticəsində, bölgədə reyd keçirməyə hazırlaşan polis əməkdaşları Xəlil Mahmudi və Əhməd Cəzini yerindəcə həlak olub, 2 əsgər ağır yaralanıb. Adları açıqlanmayan yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.

 

Kimliyi bəlli olmayan hücumçular hadisə yerindən qaça biliblər. Onların yaxalanması üçün bölgədə geniş miqyaslı axtarış əməliyyatına başlanıldığı bildirilir.

 

 

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar