SON XƏBƏRLƏR

İranda namus məsələsi üstündə qətl törədən azərbaycanlı məhbus edam edilib

2021.10.20, 07:36
İranda namus məsələsi üstündə qətl törədən azərbaycanlı məhbus edam edilib

Gunaz.tv

GünAzTV: İranda namus məsələsi üstündə qətl törətdiyinə görə ölümə məhkum edilmiş azərbaycanlı məhbus Hamid Valizadə edam edilib. Hadisə 5 gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 38 yaşlı müttəhim, Əbhər şəhər sakini Hamid Valizadə, oktyabrın 2-si sübh saatlarında İranın Qəzvin şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar