İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22 14:00

İranda noyabr etirazlarında həbs edilmiş Nadir Muxtari "Kəhrizək" həbsxanasında vəfat edib.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumatlara görə, o, etirazlar zamanı rezin dəyənəklə (batum) döyüldükdən sonra komaya düşüb, bir neçə ay sonra ayılıbmış. 


Bildirilir ki, vəziyyəti ağır olan Nadir Muxtari "Kəhrizək" zindanında qeyri-qənaətbəxş şəraitdə saxlandığından, şənbə günü vəfat edib. 


35 yaşı olan Nadir Muxtari noyabr etirazları Kərəc şəhərində keçirilən nümayişlərdə iştirak edib. 


Aksiyalarda polis tərəfindən rezin dəyənəklə vəhşicəsinə döyüldükdən sonra komaya düşüb və xəstəxanaya yerləşdirilib. Ailəsi onu 1 aydan sonra Rey şəhərində yerləşən xəstəxanalardan birində tapıblar. 


O, mart ayında, Novruz bayramından bir neçə gün qabaq komadan çıxıb. Həkimlərin etirazlarına baxmayaraq, təhlükəsizlik orqanları əməkdaşları onu "Kəhrizək" həbsxanasına aparıb, orada ağır vəziyyətdə tibb bölməsində məhbus kimi saxlayıblar.


Səhhəti ağır olan Nadir Muxtari bir neçə ay bu həbsxanada qaldıqdan sonra sentyabrın 19-da vəfat edib. 


Muxtarinin cənazəsinin hələ də ailəsinə verilmədiyi, təhlükəsizlik orqanlarının ailəsini təhdid etdiyi deyilir. 


Qeyd etmək lazımdır ki, İranda 2019-cu ilin noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş xalq etirazları zamanı 1500-dən çox insan polis və təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək qətlə yetirilmiş, minlərlə insan yaralanmış və həbs edilmişdi.


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

ABŞ-da koronavirusdan ölənlərin sayı 584 mini ötüb

2021-05-14

gun az article

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı

2021-05-14

gun az article

Azərbaycanda daha 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

2021-05-14

gun az article

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib: Danışıqlar gedir

2021-05-14

gun az article

“Paşinyan Putindən yardım istəməyib” - Kremldən AÇIQLAMA

2021-05-14

gun az article

Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ

2021-05-14

gun az article

Məsciddə partlayış: 12 ölü, 20 yaralı

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

2021-05-14

gun az article

İranda sünnilərə qarşı ayrı-seçkilik narazılıq doğurdu: "Hakimiyyət bu rəftarı dəyişməlidir"

2021-05-14

gun az article

Ermənilərin Zəngəzur təlaşı: “Sovet vaxtında olan sərhədlərə qayıdırıq, o torpaqlar bizimdir”-Politoloq

2021-05-14

gun az article

İranda koronavirusdan daha 202 nəfər ölüb, 10 145 nəfər virusa yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-14

gun az article

Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib - FOTO

2021-05-14

gun az article

Ağ Evdən İran AÇIQLAMASI: "Bütün gücümüzü işə salacağıq”

2021-05-14

gun az article

“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək”-Baş nazir

2021-05-14

gun az article

Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM

2021-05-14

gun az article

Paşinyan Putinə zəng edib

2021-05-14

gun az article

Süleyman Soylu: "Türkiyə Qarabağın ələ keçirilməsinə imkan vermədi"

2021-05-14

gun az article

Türkcənin rəsmi dil elan edildiyi gündür

2021-05-13

gun az article

İranda "anti-hicab məhbusu" aclıq aksiyasına başlayıb

2021-05-14