SON XƏBƏRLƏR

İranda noyabr etirazlarında tutulan 3 nəfər edama məhkum edilib

2021.10.20, 07:36
İranda noyabr etirazlarında tutulan 3 nəfər edama məhkum edilib

Gunaz.tv

GünAz TV: İranda 2019-cu ilin noyabr ayından benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş xalq etirazları zamanı həbs edilən 3 nəfərə qarşı edam hökmü çıxarılıb.

 

Yerli media orqanlarından yayılan məlumata əsasən, həmin şəxslər Əmirhüseyn Muradi, Səid Təmcidi və Məhəmməd Rəcəbidir.

 

Hakim Əbülqasım Salavatinin sədrliyi ilə İnqilab Məhkəməsinin 15-ci şöbəsində keçirilmiş proses zamanı müttəhimlərə qarşı edam ilə yanaşı, ümumilikdə 38 il həbs, 222 şallaq zərbəsi hökmü də çıxarılıb.

 

Əmirhüseyn Muradini “silahlı basqında iştirak” və “ölkəni qanunsuz olaraq tərk etmə” kimi cinayət əməllərində ittiham edən məhkəmə ona qarşı 16 il həbs və 74 şallaq zərbəsi hökmü çıxarıb. Digər iki müttəhim Səid Təmcidi və Məhəmməd Rəcəbi də oxşar ittihamlarla 11 il həbs, 74 şallaq zərbəsinə məhkum ediliblər. Edam hökmlərinin onların həbs müddəti başa çatandan sonra icra ediləcəyi təxmin edilir.

 

İnsan haqları fəalları hər 3 etirazçıya qarşı irəli sürülmüş ittihamları əsassız və rəsmilərin sifarişi adlandırıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar