SON XƏBƏRLƏR

İranda “pis hicablılar”a qarşı mübarizə hava limanlarında da şiddətlənib

2021.10.20, 07:36
İranda “pis hicablılar”a qarşı mübarizə hava limanlarında da şiddətlənib

Gunaz.tv

GünAz TV: İranda polis məcburi baş örtüyünə qarşı çıxanlara qarşı mübarizəni təkcə küçələrdə deyil, eləcə də hava limanında da şiddətləndirib.

 

İran Hava Limanları Polis İdarəsinin rəisi Həsən Mehri bildirib ki, polislər geyimləri “Qərb geyim formasını təbliğ edən” şəxslərə qarşı qanunun tələb etdiyi formada davranacaqlar.

 

Həsən Mehri əlavə edib ki, “hicabını açanlar” aşkar edildiyi təqdirdə, onların xaricə səfəri yarımçıq qalacaq. Həmin qadınlar polisə təhvil veriləcək və barələrində cinayət işi başladılacaq.

 

Qeyd etmək lazımdır ki, İranda məcburi hicaba qarşı olanlarla mübarizə uzun illərdir davam edir. Son aylar ərzində isə bu mübarizə şiddətlənib.

 

Əksər hallarda İran polisi “pis hicablı” və ya “hicabsız” adlandırdığı qadınlara qarşı zorakı davranır və bu, insanlar arasında hiddətə səbəb olur.

 

Bir neçə gün öncə Tehranın polis parkında eyni səbəbdən 2 kişi polisin bir qadını döyməsiylə bağlı yayılan görüntülər də böyük qəzəbə səbəb olmuşdu.

 

Digər tərəfdən, yerli media orqanlarında yayılan bəzi xəbərlərə əsasən, Bəsic və İranın müxtəlif güc strukturları insanlara mesaj göndərərək, onlardan “hicabsız qadınları” gördükləri halda, lazımi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına xəbər vermələrini istəyiblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar