SON XƏBƏRLƏR

İranda polis rəsmisi: “18 min polis kameralı formalarla təchiz ediləcək”

2021.10.20, 07:36
İranda polis rəsmisi: “18 min polis kameralı formalarla təchiz ediləcək”

Gunaz.tv

GünAzTV: İran hüquq-mühafizə qüvvələrinin qabaqlayıcı polis komandanının canişini Həmid Ətayi yanvarın 18-də jurnalistlərə açıqlamasında polis əməkdaşlarının formalarının kamera ilə təchiz edilməsi planının icrasından xəbər verib.

 

O bildirib ki, ölkədə polislərin kameralı formalarla təchiz edilməsi planının artıq sınaq mərhələsinə başlanılıb: “Hazırda bu planın sınaq mərhələsində, ölkənin bir neçə iri əyalətində, o cümlədən də Tehran, İsfahan və Fars əyalətlərində 5 min polis kameralı formalarla təchiz edilib. Lakin bu plan getdikcə ölkənin digər əyalətlərində də həyata keçiriləcək.

 

Hazırlanmış plana əsasən, cari ilin sonuna qədər, yəni esfənd ayının (martın sonu) sonuna qədər daha 18 min polis əməkdaşı kameralı formalarla təchiz ediləcək”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar