İranda prezidentliyə namizədlərin qeydiyyata alınmasına başlanılıb

2021-05-11 13:36

İran prezident Həsən Ruhani hökuməti ilə Konstitusiyaya Nəzarət Şurasının prezidentliyə namizədlərin qeydiyyata alınması şərtləri barədə ixtilaflar və fikir ayrılığının davam etməsinə baxmayaraq, bu gündən başlayaraq, İranda növbəti prezidentliyə namizədlərin qeydiyyata alınmasına başlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Bildirilir ki, prezidentliyə namizədlər bu gündən başlayaraq 5 gün müddətində, yəni mayın 15-nə qədər İran Daxili İşlər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. 


İranda Konstitusiyaya Nəzarət Şurasının bildirişinə görə, Prezident seçkilərində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı olmamalı, ən azı magistr dərəcəsi və ya ona bərabər səviyyədə ali təhsilli olmalı, hökumət qurumlarında isə ən azı 4 il rəhbər vəzifələrdə iş sajına malik olmalıdır.


Konstitusiyaya Nəzarət Şurası son günlər prezidentliyə namizədliyini irəli sürənlərin məhdudlaşdırılması məqsədilə bir sıra əlavə şərtlər qoyduğunu bildirib. Ruhani hökuməti isə Konstitusiyaya Nəzarət Şurasının bununla bağlı yeni məhdudlaşdırıcı şərtlər qoymağa səlahiyyəti olmadığını, prezidentliyə namizədlərin qeydiyyata alınmasının əvvəlki qaydalarla aparılmasının tərəfdarı olduğunu bildirir. 


Qeyd edək ki, indiyədək hakimiyyətdə təmsil olunan ən azı 25 siyasi şəxsiyyət prezidentliyə namizədliyini rəsmən irəli sürüb. 


Namizədliyini irəli sürənlər arasında İran parlamentinin bir sıra keçmiş deputatları və “Sepah”çılar, o cümlədən də Möhsün Rzayi, Məhəmməd Rza Arif, Sadıq Xərrazi, Məhəmməd Qərəzi, Məsud Pezeşkiyan, Mustafa Taczadə, Əli Mütəhhəri və başqalarının adları var.


Bundan başqa, İranda siyasi məhbusların kütləvi edamında birbaşa rolu olan və məşhur  “Ölüm heyəti”nin üzvü kimi tanınan İran Məhkəmə Sisyeminin hazırkı rəhbəri İbrahim Rəisi, İranın birinci vitse-prezidenti İshaq Cahangir, İran parlamentinin keçmiş sədri Əli Laricani, İranın indiki xarici işlər naziri Məhəmməd Cavad Zərif və daha bir neçə tanınmış şəxsin prezidentliyə namizədliyini irəli sürəcəyi barədə fikirlər səsləndirilir. 


Xatırladaq ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-nə keçiriləcək. 

اولین روز ثبت‌نام ریاست‌جمهوری| ثبت‌نام به‌شیوه سال‌های گذشته انجام می‌شود / امیر نامی و سعید محمد؛ چهره‌های شناخته‌شده امروز/ در حال تکمیل

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12

gun az article

Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı

2021-06-12

gun az article

NATO Ukraynaya dəstək verdi

2021-06-12

gun az article

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni insident

2021-06-12