SON XƏBƏRLƏR

İranda qadın Əmək günü aksiyasında iştirakına görə 7 il həbs və 74 şallaq cəzasına məhkum edilib

2021.10.20, 07:36
İranda qadın Əmək günü aksiyasında iştirakına görə 7 il həbs və 74 şallaq cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: İran Müstəqil İşçilər Birliyinin üzvü, cari ildə, 1 may tarixində Əmək günü yürüşündə iştirak edən Əzəm Cavadi İnqilab məhkəməsini hökmü ilə 7 il həbs və 74 şallaq cəzasına məhkum edilib.

 

Birliyin “Telegram” kanalında yayılan məlumata əsasən, ona qarşı İnqilab məhkəməsinin 26 saylı şöbəsi tərəfindən “milli təhlükəsizlik əleyhinə çalışma”, “dövlət əleyhinə təbliğat” və “ictimai asayişi pozmaq” kimi ittihamlar irəli sürülüb.

 

Bundan əlavə, çıxarılan digər hökmlərlə onun mobil telefon və digər oxşar vasitələri istifadə etməsi, eləcə də siyasi və ictimai partiya, qrup və təşkilatlara üzv olması qadağan edilib.

 

Xatırladaq ki, Əzəm Cavadi mayın 1-də İran Müstəqil İşçilər Birliyinin Beynəlxalq Əmək günü münasibətilə Milli Məclis qarşısında keçirdiyi aksiya zamanı həbs edilmişdi. O, 29 gün sonra mülki vəsiqə ilə müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

ABŞ Dövlət Departamenti bu hadisəyə münasibətində işçi fəalların tutulmasını qınamış və qeyd etmişdi ki, iranlı rəsmilər öz vətəndaşlarının əməkhaqlarını vermir, əvəzində onları pulunu terror qruplaşmalarına və Əsəd rejiminin qorunub saxlanmasına sərf edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar