SON XƏBƏRLƏR

İranda qadın fotoqrafların milli futbol komandasının təlim-məşq toplanışına girişi qadağan edilib- Foto

2021.10.20, 07:36
İranda qadın fotoqrafların milli futbol komandasının təlim-məşq toplanışına girişi qadağan edilib- Foto

Gunaz.tv

GünAz TV: İranda qadın fotoqrafların foto çəkmək üçün milli futbol komandasının təlim-məşq toplanışına girişi yenidən qadağan edilib.

 

Bu barədə məlumatı idman jurnalisti və fotoqrafı olan Pərtov Coğtayi öz şəxsi “Twitter” səhifəsində paylaşıb. O qeyd edib ki, bu sahədə qadağanın aradan qaldırılmasından heç bir il keçməmiş yenidən qadın fotoqrafların öz işlərini görməsi əngəllənib.

 

Hazırda İranda xanımlar, eləcə də qadın fotoqrafların kişilərin futbol oyunlarına baxması qadağandır. Eləcə də, kişilər digər cinsin futbol oyunlarına baxa bilməzlər.

 

Bir müddət öncə digər iranlı idman fotoqrafı Pərisa Purtahiriyan qadağalar səbəbindən fotbol oyunu zamanı stadiona daxil ola biləmiş, bunun əvəzində dama çıxaraq, oradan fotolar çəkmişdi. Onun bu addımı dünya mediasının da diqqətini çəkmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar