İranda qadınlara qarşı şiddət halları 22% artıb- Rəsmi statistika

27.11.2019, 12:49

GünAz TV: İranın Rifah Təşkilatının tərkibində fəaliyyət göstərən İctimai Təcili Tibbi Yardım Xidməti 1397-ci ildə (2018 mart- 2019 mart-red.) qadınlara qarşı şiddətlə bağlı aldıqları çağırışların ötən illərə nisbətən 20- 22% nisbətində artdığı barədə məlumat yayıb.

 

Xidmətin rəisi Rza Cəfəri məsələ ilə əlaqəli qeyd edib ki, bu rəqəm qadınlara qarşı şiddət hallarının artdığını göstərmir, bu, daha öncə də mövcud idi, lakin bununla bağlı qadınlar daha öncələr heç bir instansiyaya müraciət etmirdilər. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun bölgələrdə mərkəzlərinin çoxalması qadınlara qarşı şiddət halları ilə bağlı onlara daxil olan müraciətlərin də artmasına rəvac verib.

 

“Qadınlara qarşı şiddət göstərən əksər şəxslər zərərli vərdişləri olan, ailə həyatı və problemləri barədə məlumatsız və psixoloji problemlər yaşayan kişilərdir”, - deyə  Cəfəri əlavə edib.

 

O, bütün bu halları nəzərə alaraq, Milli Məclisin zorakılıq qarşısında qadınların təhlükəsizliyinin təmin edilməsilə bağlı qanun layihəsi qəbul etməsini zəruri sayıb.

 

Qeyd etmək lazımdır ki, Rza Cəfəri 1396-cı ildə (2017 mart- 2018 mart-red) etidiyi çıxışda həmin ilin ilk 6 ayı ərzində Xidmətin mərkəzlərinə qadın döyülməsilə bağlı 14599 müraciətin daxil olduğunu bildirmişdi.

 

İran Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin cari ildə xanımlara qarşı şiddətlə bağlı yaydığı statistikaya əsasən, bu xüsusda Tehran əyaləti 17083 halla ilk pillədə, Rəzəvi Xorasanı və İsfahan əyalətləri müvafiq olaraq 7385 və 6483 halla növbəti 2-ci, 3-cü pillələrdə qərarlaşıblar.

 

Sözügedən 3 əyalət 1393-cü ildə də (2014 mart- 2015 mart-red.) xanımlarına qarşı göstərdikləri şiddətə görə ölkə üzrə ilk 3-lükdə yer almışdılar.

 

Birliyin yaydığı statistika göstərir ki, İranda qadınların döyülməsi ilə bağlı Təcili Tibbi Yardım və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə edilən müraciət avtoqəzalar və küçə davalarından sonra 3 yerdə gəlir. Beləliklə, demək olar ki, hər gün Birliyə 52 qadın döyülməsi faktı ilə əlaqəli müraciət daxil olur.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30