SON XƏBƏRLƏR

İranda qadınların məcburi hicaba qarşı sivil mübarizəsi genişlənir, onlarla qadın baş örtüklərini açıblar - FOTOLAR və 1 VİDEO

2021.10.20, 07:36
İranda qadınların məcburi hicaba qarşı sivil mübarizəsi genişlənir, onlarla qadın baş örtüklərini açıblar - FOTOLAR və 1 VİDEO

Gunaz.tv

GünAzTV: İranın müxtəlif şəhərlərində qadınların məcburi hicaba qarşı sivil mübarizəsi gündən-günə genişlənir.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, son günlər paytaxt Tehranda, İsfahan və Şirazda, eləcə də başqa şəhərlərdə onlarla qadın, küçə və meydanlarda baş örtüklərini açaraq, totalitar molla rejiminin məcburi hicab siyasətinə öz etirazlarını bildiriblər. Qadınların məcburi hicaba qarşı dinc etirazı isə əksər kişilər və qadınlar tərəfindən dəstəklənib.

 

Bildirilir ki, yanvarın 28-i və 29-da daha iki qadın Tehranın İnqilab küçəsində, məşhur “Fransız şirniyyatı” mağazası qarşısnda baş örtüklərini açaraq məcburi hicaba etirazlarını bildiriblər. Qadınların etirazı, polislərin müdaxiləsinə qədər davam etdirilib. Qeyd olunur ki, polislər baş örtüklərini açan və başıaçıq gəzən həmin qadınları tutaraq naməlum istiqamətə aparıblar.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına 35 gün əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı bir qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşaraq vətəndaşlar tərəfindən dəstəklənib. İranda məşhur vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə baş vermiş olayla bağlı  jurnalistlərə açıqlamasında bildirib ki, həmin qadın iki dəfə həbs edilsə də, sonradan beynəlxalq hüquq təşkilatlarının etirazından sonra azadlığa buraxılıb.

 

"Məcburi hicaba yox” deyərək baş örtüklərini açdıqlarına görə tutulan qadınların hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açıb atan hər bir qadına cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşirlər.

 

 

 

 

 

 

 

Məcburi hicaba qarşı sivil mübarizəyə qalxan ilk qadın Vida Müvəhhid

 

 

 

 

 

 

 

VİDEO:

 

İsfahanın Tohid küçəsi

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar