SON XƏBƏRLƏR

İranda qanunsuz yanacaq və əmtəə qaçaqmalçıları ilə qarşıdurmada 1 polis əməkdaşı həlak olub

2021.10.20, 07:36
İranda qanunsuz yanacaq və əmtəə qaçaqmalçıları ilə qarşıdurmada 1 polis əməkdaşı həlak olub

Gunaz.tv

GünAzTV: İranın Kirmanşah əyalətinin Qəsri Şirin şəhərində qanunsuz yanacaq və əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada, yerli hüquq-mühafizə qüvvələrinin əməkdaşı Əyyub İslami Niya güllə həlak olub.

 

Hadisə, aprelin 5-i, yerli vaxtla axşam saat 18:30 radələrində Qəsri Şirinin Darxur məntəqəsində baş verib. Bir avtomobilin qanunsuz yanacaq və əmtəə daşıdığından xəbər tutan hüquq-mühafizə qüvvələrinin əməkdaşları, həmin avtomobili dayandırmağa çalışıblar. Nəticədə, qaçaqmalçılardan biri polislərə odlu silahdan atəş açıb. Atışma nəticəsində polis əməkdaşı Əyyub İslami Niya güllə yarası alaraq yerindəcə həlak olub. Hücumçu şəxs isə öz həyatına son qoyub.

 

Yayılan məlumata əsasən, digər qaçaqmalçılar hadisə yerindən qaça bilib. Onların tutulması üçün bölgədə geniş axtarış əməliyyatına başlanıldığı bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar