İranda qarşıdurma gözlənilir: “İslam Respublikası ciddi islahatlara məhkumdur”

2021-06-11 12:58

​​​​​​​Bir neçə gündən sonra İranda prezident seçkiləri keçiriləcək. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Gunaz.tv Quote | Gunaz article

Bunlar İbrahim Rəisi, Möhsün Rzayi, Möhsün Mehrəlizadə, Səid Cəlili, Əlirza Zakani, Əbdülnasir Hemməti və Əmir Hüseyn Qazızadə Haşimidir. İyunun 18-də keçiriləcək seçkilərdə bu şəxslərdən biri İranın prezidenti olacaq. 

Namizədlər arasında İbrahim Rəisi daha şanslı görünür. Lakin ölkədə iqtisadi durum çox ağırdır. Sosial-iqtsadi problemlər məngənəsində sıxılan xalq narazıdır. Seçki günü və seçkidən sonra narazıların etiraza qalxacağına dair gözləntilər var.

“Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Günaz.TV-yə açıqlamasında deyib ki, molla rejimi seçkilərin mümkün qədər sakit başa çatmasını  istəyir:

“İranda iqtisadi vəziyyət normal deyil. Son 10 ildə İranda bir neçə dəfə qarşıdurma olub. Bu qarşıdurmalar insan itkisi ilə nəticələnib. Dükanlara, yanacaqdoldurma məntəqələrinə od vurulub. Namizədlər arasında ziddiyyətlərin olmaması onu deməyə əsas verir ki, rejim bu seçki kampaniyasını sakit keçirmək istəyir. 

Seçkini sakit keçirməklə cəmiyyətin narazılığını qızışdırmaq istəmirlər. Məhəmməd Xatəminin prezident seçildiyi dövrdə və Mirhüseyn Musəvinin “Yaşıllar hərəkatı” zamanı seçki kampaniyası çox kəskin keçdi. 

O dövrdə namizədlər  ciddi şəkildə bir-birini ittiham edir, hətta böyük etiraz aksiyaları keçirilirdi. Cəmiyyətin daxilində olan narazılıqların böyük bir qismini görmək olurdu. Lakin indiki seçki kampaniyasında təşviqat zamanı bu rəqabət görünmür. Bunu da rejim qəsdən bu addımı atıb.

Mahmud Əhmədinejad kimi sosial yönülmü olmaq istəyən  namizədi qeydə almadılar. Yaxud Əli Laricanini seçkidən kənarda qoydular. 

Ona görə də böyük etirazlardan yayınmaq üçün seçkini sakitcə keçirib başa vurmaq istəyirlər. Amma bu onu deməyə əsas vermir ki, seçkini uğurlu keçirməklə, İbrahim Rəisini prezident seçməklə ölkədəki ciddi iqtisadi, sosial, mədəni və s. problemlər həll olacaq”.

İranın çox ciddi islahatlara məhkum olduğunu bildirən Sədrəddin Soltan hesab edir ki, öncə Ana Yasa dəyişdirilməlidir: “Bu islahatlar Konstitusiyadan başlamalıdır. Çünki ölkədə hakimiyyət bölgüsü ədalətli aparılmayıb. Bu boyda siyasi kampaniyanın-prezident seçkilərinin nəticəsi sıfırdır. Çünki prezident  İranda söz sahibi deyil. 

Əsas söz sahibi İranın ali lideri Seyidəli Xamneyidir. Dövlətin bu qədər pulunu məsrəf edib böyük siyasi kampaniya keçirib, prezident seçirlər. Lakin o prezident İranda əsas fiqur deyil. Çünki konstitusiyada bu məsələ  çox yanlış qoyulub”. 

Siyasi şərhçi hesab edir ki, İranda əsas problemlərdən biri də milli məsələdir: “İranda 100 ilə yaxındır ki, milli məsələ həll edilməyib. İran bölünmüş millətlər həbsxanası olaraq qalır. İranda xalqalr iqtisadi problemlərdən öncə öz milli haqqlarının təmin olunmasını istəyir. 

Bu məsələnin həll olunmaması perspektivdə ciddi qarşıdurmaların baş verməsinə səbəb ola bilər. Deməli, İranda gözlənilən etiraz aksiyası iki qismdə baş verə bilər. Birinci, sosial, siyasi sahədə. İkincisi milli-mədəni sahədə”. 

Ayxan 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şuşa Bəyannaməsi: "Rusiya yeni reallıqları qəbul etməlidir"- Politoloq Yeganə Hacıyeva

2021-06-17

gun az article

Körfəz Əməkdaşlıq Şurası üzvlərindən İranın raket proqramı ilə bağlı tələb

2021-06-17

gun az article

Xamneyi: “İnsanların seçkilərdə iştirak etməməsi xalqın islam respublikası sistemindən uzaqlaşması anlamına gələcək”

2021-06-17

gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16