İranda “Qələmçi” Müəssisəsinin müəlliminin türkləri təhqir etməsi soydaşlarımızı qəzəbləndirib

29.04.2020, 11:14

GünAz TV: “Qələmçi” Müəssisəsinin riyaziyyat müəlliminin türk millətini təhqir etməsi Azərbaycan ailələrini qəzəbləndirib.

 

Deyilənlərə görə, dərs keçərkən təhqirə yol verən Müctəba Dadbam universitetə qəbul imtahanının suallarını hazırlayanlardan biridir. İsfahanlı müəllimin təhqiramiz ifadələri nəticəsində bir çox azərbaycanlı ailə qərarını dəyişib, onlar övladlarının onun internetdə keçdiyi dərsdə iştirak etməsini istəmir.

 

“Aina News” saytı sözügedən müəllimin aşağılayıcı ifadələri haqda belə yazıb:

“Dadbamın yüzlərlə şagirdin iştirak etdiyi dərsi dünən İsfahanda təşkil olundu. O motivasiya yaratmaq məqsədi ilə təşkil etdiyi dərs zamanı bir neçə dəfə türklərin ünvanına təhqiramiz ifadələr işlədib. Müəllim öz aləmində bununla şagirdlərdə dərsə xüsusi maraq yaratmaq istəyib.”

 

Mövzu ilə bağlı bir türk ailəsinin üzvləri “Aina News”a bu sözləri deyib:

“Aprelin 26-ı yerli vaxtla saat 20:00-da Müctəba Dadbam “skyroom” vasitəsi ilə internetdə tədrisə başladı. O iştirakçıları sakitləşdirmək və onların diqqətini dərsə cəlb etmək üçün “Niyə söz başa düşmürsüz?!” və “Deyəsən iştirakçıların arasında türk çoxdur” ifadələrini bir neçə dəfə işlətdi. Bu məsələ dərsin gedişatına şahid olan türk ailələri qəzəbləndirdi. Hətta onlardan bəziləri bu tərbiyyəsiz müəllimin dərsini tərk etdilər.”

 

İranda qeyri-fars millətləri, xüsusi ilə də türklərin milli səviyyədə təhqirə məruz qalması yeni hadisə deyil. Bu kimi faktlara idman stadionları, televiziya verilişləri, filmlər, qəzetlər, hətta rəsmi dərsliklərdə belə vaxtaşırı rast gəlinir. Türk millətinin sistemli şəkildə aşağılanması ölkədə bir neçə dəfə kütləvi aksiyaların keçirilməsi və onlarla insanın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə səbəb olub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

2021-12-04

gun az article

Urmuda 2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

2021-12-04

gun az article

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021-12-04

gun az article

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021-12-04

gun az article

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021-12-04

gun az article

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021-12-04

gun az article

“Traxtur”un qapıçısı Çempionlar Liqasının ən yaxşısı seçildi

2021-12-04

gun az article

Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

2021-12-04

gun az article

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021-12-04

gun az article

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021-12-03

gun az article

Təbrizdə qazdan zəhərlənmə halları çoxalıb

2021-12-03

gun az article

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021-12-03

gun az article

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021-12-03

gun az article

Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq

2021-12-03

gun az article

Təbrizə qar yağdı - FOTOLAR

2021-12-03

gun az article

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021-12-03

gun az article

Güney Azərbaycan təşkilatı BMT “Milli dil və etnik azlıqlar” mövzusunda keçirilən toplantısına qatılıb

2021-12-03

gun az article

Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

2021-12-02

gun az article

Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

2021-12-02

gun az article

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirib-FOTOLAR

2021-12-02