İran hökumətindən irqçi layihə: Uşaqlara 4 yaşından fars dili öyrədiləcək

2021-04-16 13:20

İran hakimiyyəti qeyri-fars millətlərinə qarşı şovinist siyasətini davam etdirir.

Gunaz.tv Quote | Gunaz article

Belə ki, hökumət uşaq bağçası açmaq üçün yeni lisenziyalarn verilməsini dayandırıb. 
Bu qərar bütün uşaq bağçalarının idarəçiliyini Milli Uşaq Təhsili Təşkilatına həvalə etmək məqsədi güdür. 

 

Bu, "fars dilinin yetərliliyi" adlı irqçi planının həyata keçirilməsi və fars olmayan millətlərin ana dilinin məhv edilməsi istiqamətində atılan yeni addımdır.

İran Təhsil Nazirliyinin Məktəb və Qeyri-hökumət Mərkəzlərinin baş direktoru Səid Saleh Uşaq Təhsili Milli Təşkilatı yaranana qədər uşaq bağçası yaratmaq üçün verilən lisenziyalarının dayandırıldığını açıqlayıb.

 

"Yeni uşaq bağçası lisenziyaları üçün bütün müraciətlər dayandırılıb və yeni Uşaq bağçasının yaradılması üçün heç bir lisenziya verilməyəcək"-deyə, o, bildirib.

Qeyd edək ki, nəzərdə tutulan layihə ənənəvi uşaq bağçalarından fərqlidir və daha çox fars dilli olmayan əyalətlərdə tətbiq edilməsi planlaşdırılır. Layihə fars dilli olmayan vəya iki dilli əyalətlərdə azyaşlı uşaqlara məktəbəqədər, 4 yaşda və ondan yuxarı yaşda olan uşaqlara fars dilini öyrətmək üçün nəzərdə tutulub.


 
Bu layihəni həyata keçirən Uşaqların Təlim və Tərbiyəsi üzrə Milli Təşkilatının əsasnaməsi 26 yanvar 2021-ci ildə İran Mədəni İnqilab Ali Şurasının iclasında təsdiq edilib. 

Təşkilatın əsasnaməsinə görə, 4 yaşlı uşaqlara ibtidai məktəbəqədər bir illik uşaq bağçası kursu, iki illik məktəbəqədər hazırlıq kursu nəzərdə tutulur.


 
İranın Təhsil nazirinin müavini xanım Rizvan Həkimzadə uşaqların layihəyə cəlb olunmasının icbari olmadığını, ancaq dövlətin bunun kütləviləşməsi üçün büdcə ayırdığını deyib.

Rizvan Həkimzadə İranda rəsmi vəzifə daşıyan panfarsist düşüncəli şəxslərdən biri kimi tanınır.

O, 2019-cu ilin iyun ayında uşaqların məktəbə qəbul üçün uşaqların fars dilini bilmələrini şərt kimi irəli sürmüş və fars dilini bilməyən uşaqların sağlamlıq durumunun normal olmadığını demişdi.

 

Həkimzadənin bu çıxışı İranda qeyri-fars millətlərin nümayəndələrinin etirazlarına səbəb olub.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14