SON XƏBƏRLƏR

İranda qızıl və valyutalar (dövüzlər) bahalaşır

2021.10.20, 07:36
İranda qızıl və valyutalar (dövüzlər) bahalaşır

Gunaz.tv

GünAz TV: İranda müxtəlif növ valyutaların (dövüzlərin, ərzlərin) və qızılın qiyməti bahalaşıb.

İran Mərkəzi Bankı dollar və qızılın qiymətini nəzarətdə saxlasa da, onların qiymətləri qara bazarda gündən günə artır. Nəhayət Mərkəzi Bank rəsmi qiymətləri sabit saxlaya bilmədiyindən qızıl qiymətini və xarici valyutaların məzəndəsi artırıb. İran mətbuatının verdiyi məlumata əsasən, ölkə  bazarlarında  1 ABŞ (Amerika Birləşmiş Ştatları) dollarının qiyməti son bir həftə içində 11 200 riyaldan 12 150 riyala qədər qalxıb və məlumatlara görə bu artım davam edir. Dolların əvvəlki rəsmi qiyməti 10 599 riyal olsa da indi mərkəzi bank məzəndəni 12 faiz artıraraq  1 ABŞ dollarını 11 717 riyala satmağa başlayıb.

Bu qiymət artışına baxmayaraq banklardan rəsmi qiymətlərlə dollar almaq ancaq bir sıra məhdudiyyətlərlə mümkün olur, lakin açıq bazarlarda azad qiymətlə istənilən qədər dollar tapmaq mümkündür. Dövlət liçenziyası ilə işləyən valyuta dəyişdirmə məntəqələri də dünən rəsmi qiymətlərlə valyuta satmaqdan imtina edib. Onlar bunun səbəbini rəsmi qiymətlərlə mərkəzi bankdan valyuta ala bilməməmələri ilə izah ediblər. 

Bir neçə gün əvvəl İran Mərkəzi Bankının Sədri Mahmud Bəhməni bildirmişdi ki, İranda istənilən qədər valyuta ehtiyatı mövcuddur və valyutalar bahalaşdıqda bazara əlavə valyuta  çıxartmaqla qiymətlərin yüksəlməsinin qarşısını almaq mümkün olacaq. Lakin indi Mərkəzi bank tərəfindən qiymətlərin artırılması əhalidə çaşqınlıq yaradıb.

Yenə məlumatlara görə, İran qiymətli metallar bazarında qızılın qiyməti 8 faiz artıb. Son zamanlar İranda subsidiyaların (subsidlərin) dayandırılması ilə əlaqədar ölkə iqtisadiyyatında 20 faizidan çox infilasiya müşahidə olunur. Buna görə əhali əldə olan sərmayələrini qızıl və valyuta kimi infilasiyaya məruz qalmayan və istənilən zaman pula çevrilə biləcək yatırımlarda istifadə edir. Bu isə ölkədə qızıl və valyuta qiymətlərinin artımına səbəb olur. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar