SON XƏBƏRLƏR

İranda qripdən ölənlərin sayı 106 nəfərə çatıb

2021.10.20, 07:36
İranda qripdən ölənlərin sayı 106 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: İran Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklərə Nəzarət İdarəsi rəhbəri Hüseyn İrfaniyan sentyabrın 23-dən bu günə qədər ölkədə qrip səbəbindən azı 106 nəfərin öldüyü barədə məlumat yayıb.

 

O bildirib ki, təkcə ötən həftə ərzində qrip 7 nəfərin həyatına son qoyub. Ölüm hallarından 2-si Tehran, 2-si Qərbi Azərbaycan, digərləri isə hərəsində 1 nəfər olmaqla, Şərqi Azərbaycan, Loristan və Mazandaran əyalətlərində qeydə alınıb.


Rəsmi ölüm hallarının baş verməsini həmin şəxslərin digər xəstəliklərinin olması, həkimə gec müraciət etmələri, xalq təbabəti üsulu ilə müalicə almaları və digər bu kimi səbəblərlə əlaqələndirib. Hüseyn İrfaniyan sonda qrip epidemiyasının sovuşmaq üzrə olduğunu bildirib.


Xatırladaq ki, bir neçə gün öncə İran Tibbi Sığorta Təşkilatının rəhbərinin müavini Kuruş Fərzin bahalıq fonunda insanların tibb mərkəzlərinə müraciətinin ötən illə müqayisədə 30% azaldığını demişdi.


Mütəxəssislər insanlara qripin daha da çox yayılmaması üçün əl ilə görüşməkdən çəkinməyi, əlləri davamlı yumağı, asqıran zaman dəsmalla ağız və burunu tutmağı, eləcə də iltihabla qarışmış dəsmalı zibil qutularına atmağı məsləhət görürlər.


Ürək, şəkər, tənəffüs yolları problemi olan, diyaliz alan və immun sistemləri zəif olan xəstələr, eləcə də uşaqlar, yaşlılar və hamilə qadınların qripə yoluxmaları onların həyat və sağlamlıqları üçün daha təhlükəli hesab edilir.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar