SON XƏBƏRLƏR

İranda repressiyalar davam edir: Kirmanşahda daha 250 nəfər həbs edilib

2021.10.20, 07:36
İranda repressiyalar davam edir: Kirmanşahda daha 250 nəfər həbs edilib

Gunaz.tv

GünAz TV: Kirmanşah əyalətinin polis rəisi Əli Əkbər Cavidan ötən ay benzinin bahalaşdırılmasına qarşı keçirilən aksiyalarla əlaqəli daha 250 nəfərin saxlandığını bəyan edib.

 

Saxlanılanları “iğtişaşçı qrupların başçıları” adlandıran Cavidan onların “fitnəkarlıq, xalqı xuliqanlıq və iğtişaşa təşviq etmə, dövlət mülkünü məhv etmə, yardım və vətəndaşların avtomobillərinin şüşələrini sındırma, eləcə də polis və bəsic qüvvələrinə hücum etmə” kimi “cinayət”lərdə ittiham edildiyini deyib.

 

Polis rəisi saxlanılanların çoxunun 20- 35 yaş arası gənclər olduğunu deyib. O, həmçinin “onlardan bir neçəsinin terror qruplaşmaları və inqilab düşmənləri ilə əlaqələrinin olduğunu etiraf etdiyini” iddia edib.

 

Qeyd etmək lazımdır ki, İranda ötən ay keçirilən etirazlar zamanı azı 304 nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, 8 mindən çox insan həbs edilib. İranlı rəsmilər tezliklə tutulanlar barəsində qərarların çıxarılacağını desələr də, bu günə qədər onlara qarşı sürülən ittihamlar və “cinayət” prosesi barədə heç bir məlumat verilmir. Eləcə də, hər gün yeni tutulanlarla bağlı xəbərlər yayılır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar