SON XƏBƏRLƏR

İranda sabiq nazirin qızı maliyyə fırıldaqçılığına görə 20 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib

2021.10.20, 07:36
İranda sabiq nazirin qızı maliyyə fırıldaqçılığına görə 20 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib

Gunaz.tv

GünAz TV: İran məhkəm sisteminin sözçüsü Qulamhüseyn İsmayıli Şəbnəm Nemətzadənin maliyyə fırıldaqçılığı ittihamı ilə əmlakı müsadirə olunmaqla, 20 il həbs, 74 şallaq zərbəsi və ömürlük dövlət qulluğundan məhrum edilmə cəzalarına məhkum edildiyi barədə məlumat yayıb.

 

Hazırda müvəqqəti saxlanma təcridxanasında olan Şəbnəm Nemətzadə İranın sabiq Sənaye naziri Məhəmmədrza Nemətzadənin qızıdır. İranın Cinayət Məcəlləsində ötən il edilən dəyişikliyə əsasən, sabiq nazirin qızı 20 il həbs hökmündən apellyasiya şikayəti verə bilməz.

 

Xatırladaq ki, ötən il o vaxt məhkəmə sisteminin rəhbəri olan Sadiq Laricani Əli Xamneyiyə təklif etdiyi dəyişikliklər paketində iqtisadi cinayətlər üzrə tutulanların apellyasiyaya müraciət etmək hüququnun ləğv edilməsini, bununla da ilkin məhkəmə instansiyasının çıxardığı qərarın olduğu kimi icra edilməsini istəmişdi. Dəyişikliklərdə həm də iqtisadi cinayətlər üzrə edama məhkum edilmiş müttəhimlərin də apellyasiya hüququnun ləğv edilməsi, yalnız Ali Məhkəməyə edam hökmünü çıxaran məhkəmə prosesi barədə araşdırma aparmaq səlahiyyətinin verilməsi təklif edilirdi.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində İranda onlarla vəzifəli şəxsin rüşvət aldığına görə həbs edildiyi barədə xəbərlər yayılıb.

 

Amerika Birləşmiş Ştatları tez-tez rejimin kökündən fasid olduğu, başda Əli Xamneyi olmaqla, məsulların böyük korrupsiya əməllərinə bulaşdığı barədə məlumatlar yayınlayır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar