SON XƏBƏRLƏR

İranda sel qurbanlarının sayı 67 nəfərə çatıb. Xuzistanda 400 min nəfər sel təhlükəsi ilə üz-üzə qalıb - FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
İranda sel qurbanlarının sayı 67 nəfərə çatıb. Xuzistanda 400 min nəfər sel təhlükəsi ilə üz-üzə qalıb - FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünazTV: İranın müxtəlif əyalətlərində üç həftəyə yaxındır aramsız yağıntılar nətəcəsində baş verən sel qurbanlarının sayı artaraq, 67 nəfərə çatıb.

 

Bu barədə, İranın Tibbi Ekspertiza Təşkilatının rəisi Əhməd Şücayi aprelin 5-də jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, Novruz bayramının ilk günündən indiyə qədər seldə həyatlarını itirənlərin sayı artıq 67 nəfərə çatıb: “Ən çox insan tələfatı isə Fars əyalətində qeydə alınıb. Bu əyalətdə bu günə qədər 21 nəfər selin qurbanı olub” – deyə Əhməd Şücayi əlavə edib.

 

Həmçinin Xuzistan ostandarı jurnalistlərə açıqlamasında, həmin əyalətdə sel təhlükəsi ilə üz-üzə qalan 6 şəhərin, yəni Susəngerd, Bostan, Həmidiyyə, Kut Seyid Nəim, Rəfi və Əbuhəmizə şəhərlərinin əhalidən boşaldılması barədə əmr verildiyini bildirib.

 

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Xuzistandakı faciəli vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında deyib ki, həmin əyalətdə ən azı 400 min nəfər ciddi sel təhlükəsi ilə üz-üzə qalıb. O, digər əyalətlərin başçılarını Xuzistan əhalisinə yardım göstərməyə çağırıb.

 

 

Qeyd edək ki, son üç həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 67 nəfər həlak olub, 500-dən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar