SON XƏBƏRLƏR

İranda sel və daşqın qurbanlarının sayı 39 nəfərə çatıb

2021.10.20, 07:36
İranda sel və daşqın qurbanlarının sayı 39 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İranın müxtəlif bölgələrində iki həftəyə yaxındır davam edən güclü yağıntılar nəticəsində baş verən sel və daşqın nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

 

Bu barədə İranın Tibbi Ekspertiza Təşkilatının rəsmiləri martın 27-də bəyanat yayıb.

 

Bildirilir ki, intensiv yağıntıların ilk mərhələsində İranın şimal və şimal-şərq əyalətlərində baş vermiş daşqında həyatını itirən 9 nəfərdən başqa, son günlər ölkənin müxtəlif bölgələrində baş verən daşqın və sel nəticəsində 19 nəfər Şirazda, 1 nəfər Sərpol Zəhabda, 1 nəfər Simnanda, 1 nəfər Xuzistanda, 1 nəfər Kohkiluye və Boyer Əhməddə, 2 nəfər Loristanda, 5 nəfər isə Türkmənsəhrada (Gülüstan əyaləti) təbii fəlakətin qurbanı olaraq həyatını itirib.

 

Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Gülüstan (Türkmənsəhra), Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhərlərdə baş verən daşqın və sel nəticəsində həm də yüzlərlə insan yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

 

Hazırda İranın ən azı 15 əyalət sakinlərinin daşqın və sel təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar