SON XƏBƏRLƏR

İranda “Sepah” avtobusuna qarşı intihar hücumunda 27 nəfər həlak olub

2021.10.20, 07:36
İranda “Sepah” avtobusuna qarşı intihar hücumunda 27 nəfər həlak olub

Gunaz.tv

GünazTV: İranın Sistan-Bəlucistan əyalətində “Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa qarşı intihar hücumunda ən azı 27 “Sepah”çı həlak olub, 13-ü yaralanıb. Bu barədə, “Sepah”ın quru qüvvələrinin “Qüds” qərargahının ictimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.

 

Hadisə, fevralın 13-ü axşam saatlarında Sistan-Bəlucistan əyalətinin Xaş-Zahidan yolu istiqamətində olan Çanəli məntəqəsində baş verib. Naməlum intiharçı şəxs, idarə etdiyi partlayıcı maddələrlə dolu avtomobili “Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa çırpıb. Partlayış nəticəsində ən azı 27 “Sepah”çı yerindəcə həlak olub, 13-ü ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Hücumda ölən və yaralananların hamısı “Sepah”çılardır. Onların adları açıqlanmayıb.

 

Sistan-Bəlucistan əyalətinin ostandarı Əhməd Əli Muhebəti baş vermiş olayla bağlı jurnalistlərə açıqlama verərək, əyalətdə 3 gün matəm elan edib.

 

Hadisədən az sonra, İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən, hərbi bazaları Pakistan ərazisində olan “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq, “Sepah” avtobusuna qarşı həyata keçirilən intihar hücumunun məsuliyyətini öz üzərinə götürüb.

 

"Ceyş ül-Ədl" (Ədalət ordusu) təşkilatının yaraqlıları

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar