SON XƏBƏRLƏR

İranda sərnişin avtobusu qəzaya uğrayıb. 9 sərnişin ölüb, 19-u yaralanıb

2021.10.20, 07:36
İranda sərnişin avtobusu qəzaya uğrayıb. 9 sərnişin ölüb, 19-u yaralanıb

Gunaz.tv

GünazTV: İranın İsfahan şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 19 nəfər yaralanıb.

 

 Hadisə, yanvarın 28-i, səhər saat 04:39 radələrində baş verib. Tehrandan Şiraza gedən avtobus naməlum səbəbə görə, İsfahan şəhərinin girəcəyində aşıb. Hadisəni jurnalistlərə şərh edən İsfahan yol polisinin rəisi Məhəmmədrza Məhəmmədi deyib ki, avtobus sürücüsünün diqqətsiz davranması, yorğun və yuxulu vəziyyətdə olması yol qəzasının baş verməsinə səbəb olub.

 

Qəza nəticəsində 9 sərnişin yerindəcə həlak olub, 19-u müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.

 

 Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən yol qəzalarında on minlərlə insan həyatını itirir.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar