SON XƏBƏRLƏR

İranda sərnişin avtobusu TIR-la toqquşub. 12 nəfər ölüb, 8 nəfər ağır yaralanıb - FOTOLAR

2021.10.20, 07:36
İranda sərnişin avtobusu TIR-la toqquşub. 12 nəfər ölüb, 8 nəfər ağır yaralanıb - FOTOLAR

Gunaz.tv

GünazTV: İranın Cənubi Xorasan əyalətinin Sərbişə şəhəri yaxınlığında bir sərnişin avtobusunun TIR-la (treyli) toqquşması nəticəsində 12 sərnişin həlak olub, 8-i ağır yaralanıb.

 

Yayılan məlumatlara əsasən, hadisə bu gün (aprelin 28-i) yerli vaxtla sübh saat 06:40 radələrində Sərbişə-Mahirud magistral yolunun 75 kilometrliyində baş verib.

 

Bildirilir ki, Lano kəndindən Sərbişə istiqamətinə doğru hərəkət edən sərnişin avtobusu qarşıdan gələn TIR-la toqquşub. Nəticədə 12 avtobus sərnişini yerindəcə həlak olub, 8-i ağır yaralanıb.

 

Hazırda xəstəxanalara yerləşdirilən yaralı sərnişinlərin əksəriyyətinin durumunun ağır olduğu bildirilir. Yol qəzasının səbəbləri araşdırılır.

 

 

 Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir.  

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar