SON XƏBƏRLƏR

İranda sərnişin avtobusunun yanacaq tankeri ilə toqquşması nəticəsində 21 nəfər həyatını itirib - VİDEO

2021.10.20, 07:36
İranda sərnişin avtobusunun yanacaq tankeri ilə toqquşması nəticəsində 21 nəfər həyatını itirib - VİDEO

Gunaz.tv

GünAzTV: İranda sərnişin avtobusunun yanacaq tankeri ilə toqqoşması nəticəsində ən azı 21 nəfər həyatını itirib, 27 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Hadisə, sentyabrın 17-i yerli vaxtla axşam saat 23:30 radələrində Kaşan-Nətənz magistral yolunun 25 kilometrliyində baş verib. Tehrandan Kirmana yola düşən avtobus, sürücünün ehtiyatsızlığı nəticəsində yanacaq daşıyan bir tankerlə toqquşduqdan sonra aşıb və onda yanğın baş verib. Ölənlər arasında azyaşlı uşaqlar və yeniyetmələrin də olduğu bildirilir.

 

Toqquşma nəticəsində ən azı 21 sərnişin avtobusun içində yanaraq külə dönüb, bədən xəsarəti alan 27 sərnişin ətraf xəstəxanalara çatdırılıb. Yaralılardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar